Ermənistanda hələ də 50 hərbçinin cəsəd qalıqları ortalıqda qalır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Erməni mətbuatının yazdığına görə, 44 günlük müharibədən ötən 20 aya rəğmən, cəbhə xəttində həlak olan erməni əsgərlərindən 50 nəfərinin qalıqları identifikasiya olunmayıb və hələ də morqlarda çürüməkdə davam edir. “100 çətin sümük nümunələri daha əvvəl USAİD-in maliyyə dəstəyi ilə ICMP təşkilatı tərəfindən identifikasiya edilib”,- deyə yazan erməni mediası əlavə edib ki, bununla yanaşı, 44 günlük müharibədə həlak olmuş hərbi qulluqçuların qalıqlarının ekspertizası və DNA-sı üçün Ermənistanın səhiyyə nazirliyinə hökumətin ehtiyat fondundan 31,1 milyon dram ayrılacaq. Bununla bağlı qərar cümə axşamı günü Ermənistanın nazirlər kabineti tərəfindən verilib”,- deyə məlumatda bildirilir.

Qeyd olunur ki, qərar layihəsinə görə, 2020-ci ilin oktyabrından 2022-ci ilə qədər Ermənistanın Səhiyyə Nazirliyinin Tibbi məhkəmə elmi-praktiki mərkəzinin molekulyar genetika ekspertizası tərəfindən parçalanmış, skeletləşmiş, tanınmaz hala qədər yanmış, çoxsaylı şəkildə dəyişilmiş qalıqlar identifikasiya edilib. Nəticədə naməlum hərbi qulluqçuların bir qisminin qalıqlarının kimlərə məxsus olduğu müəyyən olunub. Hazırda isə 50 erməni hərbi qulluqçusunun qalıqları hələ də morqlarda qalmaqda davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: