Ukraynanın Vinnitsa şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 12 nəfərə çatıb, 30 nəfər isə xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, saat 11:50-də raketlər doqquz mərtəbəli Yubileynıy Həyat Evinin yaxınlığındakı dayanacağa düşüb, nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici çalışır.
Raket hücumu nəticəsində həlak olan və xəsarət alanların sayının artacağı gözlənilir.