Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən əsgərin meyiti aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, iyulun 14-də 2003-cü ildə anadan olmuş müddətdən artıq xidmət edən sıravi əsgər Arsen Manukyanın meyiti aşkar edilib. Onun kəllə nayihəsində güllə yarası olub.
Faktla bağlı araşdırma aparılır.