Fransada meşə yanğınlarının sahəsi 4 min hektara çatıb

A- A A+

Fransalı yanğınsöndürənlər üç gündür ölkənin qərbində yerləşən Jironda departamentində meşə yanğınlarını lokallaşdırmağa çalışırlar, lakin hələlik alov yayılmağa davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi Franceinfo radiostansiyasına istinadla xəbər verir ki, yanğınların ümumi sahəsi təxminən 4 min hektara çatıb. La-Test-de-Byüş kommunası yaxınlığında yanğın 1,8 min hektar meşəni məhv edib. 60 kilometr qərbdəki Landira kommunasında isə yanğından 2,1 min hektar meşə sahəsinin zərər çəkdiyi bildirilir. Yanğın baş verən rayonlarda evlərdən və kempinqlərdən 6 minədək insan təxliyə olunub.

Qalın meşə massivləri, şiddətli isti və külək alovun söndürülməsinə maneçilik törədir. Jirondada və daha altı departamentdə yüksək temperaturla əlaqədar narıncı hava təhlükəsi səviyyəsi qalmaqdadır. Jironda prefekturasının məlumatına görə, bu gün departamentdə 38 dərəcəyədək isti gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: