Avropa İttifaqının aktiv yaşda olan sakinlərinin böyük əksəriyyəti internetdən müntəzəm olaraq istifadə edir. Aparılmış rəy sorğuları nəticəsində məlum olub ki, internet istifadəçilərinin sayı 90 faizə çatıb. Bu, pandemiyadan əvvəlki dövrlə müqayisədə 2 faiz çoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Statistika Agentliyi tərəfindən aparılmış tədqiqatın nəticələrinə görə, 15-50 yaşlı sakinlər arasında fəal internet istifadəçilərinin sayı 97 faizdən çoxdur.
15 yaşlı internet istifadəçiləri hələ yetkin insanlar hesab edilmir, lakin sorğu göstərib ki, avropalılar daha erkən yaşda internetə qoşulmağa başlayırlar. 10 yaşlı uşaqların 9 faizi internetin daimi istifadəçiləridir. Aİ sakinlərinin yaşı 80-dən yuxarı olan kateqoriyasında internetdən istifadə etməyənlərin sayı 90 faizə çatır.
Reprezentativ sorğu Avropa İttifaqına daxil olan bütün ölkələrdə 3 min ailə arasında keçirilib.