Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini iyulun 24-dək uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Rosaviasiya”ya istinadən xəbər verir ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.