Çexiyanın “Şkoda” avtokonserni altıyerlik ailəvi elektrokar istehsal etməyə başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vision 7S” adlanan bu modeldə istehsalçı avtomobil həvəskarlarının dizayn barədə bütün gözləntilərini reallaşdırmağa hazırlaşır. Yalnız elektriklə işləyəcək yeni avtomobil modeli 2025-ci ildə satışa çıxarıla bilər.
Hələlik gələcək elektrokarın yalnız eskizləri məlumdur. Avqust ayının sonunda avtokonsern gələcək avtomobilin daha ətraflı təsvirini müzakirəyə çıxarmaq niyyətindədir. Hazırda yalnız bu məlumdur ki, salonda altı yer və ortalıqda uşaq üçün avtokreslo nəzərdə tutulur.
Daha sonra bildirilir ki, istehsalçı avtomobilin avtonom rejimdə idarə edilməsinə tələbatı nəzərə alacaq. Ona görə də yeni avtomobil avtopilot qurğusu ilə təchiz olunacaq.