ABŞ prezidenti Cozef Bayden və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman taxıl ixracında Ukraynaya kömək etmək barədə razılığa gəliblər.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi SPA-ya istinadən xəbər verir.
“Ölkələrin liderləri bir sıra Yaxın Şərq və Afrika dövlətlərini təhdid edən qlobal ərzaq böhranının nəticələrini yumşaltmaq üçün Ukrayna xalqına kömək etmək və taxılın maneəsiz ixracını təmin etmək öhdəliyinə sadiq olduqlarını bir daha təsdiqləyiblər”, - birgə bəyanatda deyilir.