“Ferrari”nin qurucusu barədə serial çəkiləcək

A- A A+

Amerikanın “Apple TV+” şirkəti məşhur italyan pilot və “Ferrari”nin qurucusu Enzo Ferrariyə həsr olunmuş serial çəkməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xarici mediaya istinadla bildirir ki, “Peaky Blinders”in yaradıcısı Stiven Nayt və rejissor Stefano Sollima çəkilişlərə dəvət alıblar. Serialın prodüseri Paolo Sorrentino və Lorenzo Mielidir.

Çəkilişlərdə Enzonun həyatının beş ilinin əks olunduğu “Ferrari Reks” kitabının motivlərindən istifadə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: