“Türk Hava Yolları” (THY) aviaşirkəti bir gündə 260 mindən çox sərnişin daşıyıb. Bununla da şirkət 87 faiz doluluq səviyyəsinə çataraq yeni rekorda imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aviaşirkətin media müşaviri Yahya Üstün özünün sosial media hesabında bildirib.
Y.Üstün bunun aviaşirkətin inventarına daxil edilən yeni təyyarələr, reyslərin açılması kimi amillərlə bağlı olduğunu deyib.
Bildirilib ki, rekordun yeniləndiyi iyulun 15-də “Türk Hava Yolları”nın tarixində sərnişindaşımada ən sıx gün qeydə alınıb.