İspaniyada hökm sürən anomal istilər səbəbindən altı gündə 360 nəfər həyatını itirib.
NUHÇIXAN İnformasiya Agentliyi Europa Press agentliyinə istinadla xəbər verir ki, Krallığın Səhiyyə Nazirliyinin məlumatına görə, həddindən artıq isti hava iyunun 10-dan 15-dək 360 nəfərin ölümünə səbəb olub. Ən çox ölüm halı cümə günü qeydə alınıb -123 nəfər.
İspaniya dövlət meteorologiya agentliyi regionların əksəriyyətində hava təhlükəsinin səviyyəsini sarı (təhlükə) və narıncıyadək (yüksək təhlükə) qaldırıb. Ayrı-ayrı əyalətlərdə isə qırmızı - fövqəladə təhlükə səviyyəsi elan olunub. Yaxın günlərdə havanın temperaturunun 45 dərəcəyə çatacağı proqnozlaşdırılır.
PTVE telekanalı xatırladır ki, istinin hazırkı dalğası bu yay ikincidir. İyunda 829 nəfər səkkiz gün davam edən isti hava şəraitinin qurbanı olmuşdu.