Yaponiya avqustda Ryuqu asteroidindən götürülən nümunələrin tədqiqi üçün ərizələri qəbul edəcək - FOTOLAR

A- A A+

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) avqustda yerli və əcnəbi tədqiqatçılardan “Hayabusha-2” zondunun Ryuqu asteroidindən götürərək Yerə çatdırdığı süxur nümunələrinin tədqiqi üçün ərizələrin qəbuluna başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Qeyd edilir ki, Yerə çatdırılan 5,4 qram nümunənin 0,5 qramı Yaponiyadakı səkkiz tədqiqat qrupuna verilib. Daha 0,5 qram isə ötən il ABŞ-ın Kosmik Məkanın Tədqiqi və Aeronavtika üzrə Milli İdarəsinə göndərilib.

Bildirilir ki, nümunələri tədqiq etmək istəyən əcnəbi və yapon tədqiqatçılara 0,8 qram nümunə təqdim olunacaq.

Qeyd edək ki, bu, nümunələrin tədqiqi ilə bağlı artıq ikinci müraciətdir. İkinci müraciətə gələn ilin yanvarında, təqdim edilən ərizələr təhlil olunduqdan sonra baxılacaq. JAXA-nın məlumatına görə, 0,23 qram nümunə üçün göndərilmiş 57 ilkin müraciətdən 40-ı artıq bəyənilib.

Xatırladaq ki, “Hayabusha-2” zondu içərisində nümunələr olan kapsulu 2020-ci il dekabrın 5-də göndərib. Bununla o, altı il davam edən kosmik ekspedisiyaya yekun vurub. İlkin analizlər zamanı süxur nümunələrini tərkibində suyun, karbon və hidrogenin, azat və hidrogenin, həmçinin karbonat kimi müxtəlif mineralların olduğu aşkar edilib. Həmin elementlərin mövcudluğu asteroidin özündə Günəş sisteminin ilkin materiyasını toxunulmaz halda saxladığını deməyə əsas verir. İyunda alimlər bəyan ediblər ki, nümunələrdə Yerdə həyatın kosmik mənşəli olması barədə nəzəriyyəni təsdiq edən zülalların tərkibində olan 20-dən artıq amin turşusu aşkar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: