Türkiyənin Balıkesir vilayətində meşə yanğını baş verib

A- A A+

Türkiyənin Balıkesir vilayətinin Kepsut rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanğının söndürülməsinə 2 xüsusi təyyarə və 7 helikopter, həmçinin çox sayda yanğınsöndürən texnika cəlb edilib. Alovların söndürülməsinə yerli sakinlər də dəstək verirlər.

Bölgədə əsən küləyin təsiri ilə ətrafa yayılan yanğının başvermə səbəbləri məlum deyil.

Hazırda söndürmə işləri havadan və qurudan davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: