Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) İraqın şimalında yerləşən Duhok-Gara bölgəsində PKK terror təşkilatına qarşı daha bir uğurlu əməliyyat həyata keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i ölkənin təhlükəsizlik qüvvələrinə istinadla yayıb.
Bildirilir ki, PKK terror təşkilatının aparıcı şəxslərindən olan "Dersim Malatya" ləqəbli İzzettin İnan dəqiq atəşlə zərərsizləşdirilib. Terrorçu təşkilatın digər üzvləri ilə birlikdə toplantı keçirərkən məhv edilib. 1992-ci ildə PKK sıralarına daxil olan İ.İnan uzun müddət İraq və Suriya ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olduğu üçün Türkiyə tərəfi onu axtarışa vermişdi.