Bu gündən Fransada isti dalğası daha da güclənib və temperaturun 42-45 dərəcəyədək yüksələcəyi bildirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, temperaturun yüksəlməsi ilə bağlı xalqa xəbərdarlıq edilib. Atlantik sahillərində temperaturun son dərəcə yüksək olacağı qeyd edilir. Bildirilir ki, yaxın bir neçə gün ərzində isti dalğası daha da güclənəcək və bütün Fransanı əhatə edəcək. Məlumata görə, bu, tarixi bir gündür, çünki bir çox istilik rekordlarının qırılacağı gözlənilir.
Ölkənin 15 departamenti qırmızı, 51 departament isə narıncı həyəcan vəziyyətindədir. Bu gün ölkədə “isti apokalipsis”i ilə bağlı xəbərdarlıq edilib.
Ölkədə bir neçə regionda meşə yanğınları başlayıb. Jirond (Gironde) departamentində 15 min hektar meşə yanıb, 16 mindən çox insan təxliyə edilib.