Şərtlərimiz yerinə yetirilmədiyi təqdirdə prosesi donduracağımızı bir daha xatırlatmaq istəyirəm. İsveçin sağlam mövqedə olmadığını görürük. Türkiyənin mövqeyi qətidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin növbəti iclasından sonra xalqa müraciətində İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Rəcəb Tayyib Ərdoğan həmçinin ölkənin daxili və xarici siyasəti ilə bağlı mühüm məqamları diqqətə çatdıraraq, İran səfərindən də danışıb.