Son günlər Avropa ölkələrində müşahidə edilən isti hava şəraitinin ardından Türkiyədə də havanın temperaturunun kəskin yüksələcəyi bildirilir. xüsusilə Antalyada havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Antalya valiliyindən əhaliyə xəbərdarlıq edilib.
Valilikdən verilən açıqlamaya görə, iyulun 19-dan 25-dək Antalyada havanın temperaturunun sahilyanı ərazilərdə 38 ilə 44 dərəcə, daxili bölgələrdə isə 32 ilə 36 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Hidrometeoroloqlar həmçinin bölgədə rütubət nisbətinin 10-30 faiz arasında, şimal və şimal-şərq istiqamətlərində isə güclü küləyin olacağını bildirirlər.
Hava proqnozu ilə əlaqədar olaraq, əhaliyə diqqətli və tədbirli olmaları ilə bağlı xəbərdarlıq edilib.