Türkiyənin Kütahya vilayətində tarixi 3300 illik olan möhür və xəncər tapılıb - FOTOLAR
Türkiyənin Kütahya vilayətində yerləşən 8 min illik tarixi olan Tavşanlıda yeni dövr qazıntılar zamanı tarixi 3300 illik olan möhür və xəncər aşkar edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, sözügedən möhür və xəncər Bilecik Şeyh Edebali Universitetinin alimi Erkan Fidanın rəhbərliyi ilə aparılan qazıntılar zamanı tapılıb.
Bu tarixi əsərlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qazıntılar və araşdırmalar şöbəsinin sosial media hesabında paylaşılıb.
Aparılan digər qazıntılar zamanı bir çox yeni arxeoloji tapıntının aşkarlanması palanlaşdırılır.