ABŞ-da “Raytheon Technologies Corp.” kompaniyası tərəfindən hazırlanan hipersəs raketinin növbəti sınaqları uğurla başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, uçuş sınaqları zamanı raket səs sürətini beş dəfə ötüb. Bu, hipersəs raketinin 2013-cü ildən bəri üçüncü uğurlu sınağı olub. Raket təyyarədən ayrıldıqdan sonra reaktiv mühərrik vasitəsilə hipersəs sürətinə yüksəlib.
Qeyd edək ki, hipersəs silahının hazırlanması üzrə proqram Perspektivli Müdafiə Tədqiqat Layihələri Agentliyi tərəfindən həyata keçirilir. İstehsal müqaviləsi üçün “Raytheon Technologies Corp.” və “Lockheed Martin Corp.” arasında mübarizə gedir.