Böyük Britaniya 40,2 dərəcə isti ilə tarixinin ən isti gününü yaşayır

A- A A+

Böyük Britaniya 40,2 dərəcə isti ilə tarixinin ən isti gününü yaşayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniyanın Meteorologiya İnstitutu ölkədə aşkar edilən temperaturun 40,2 C çatdığını və bunun ölkə tarixində ən yüksək temperatur olduğunu bildirib.

Ölkədə ilk dəfə temperaturun 40 dərəcəyə çata biləcəyi, sağlam insanlar arasında ciddi xəstəlik və hətta ölüm təhlükəsi yarada biləcəyi nəzərə alınaraq ilk dəfə olaraq ekstremal temperatur xəbərdarlığı edilib.

Həmçinin istilik səbəbindən ölüm sayının üç dəfə arta biləcəyi bildirilib.

Qeyd edək ki, indiyə kimi ölkə tarixinin ən yüksək temperaturu 2019-cu ildə Kembricdə qeydə alınıb. Həmin vaxt temperatur 38,7 dərəcə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: