Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib - FOTOLAR

A- A A+

Tehranda Astana prosesinin qarant ölkələrinin - İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə çıxış edən İran Prezidenti İbrahim Rəisi Suriyada 11 ildir qanlı münaqişənin davam etdiyini bildirib: “Bunun qarşısını almaq üçün daxili qüvvələrin siyasi dialoqa cəlb edilməsi vacibdir. Rəsmi Tehran Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır. Suriyanın müstəqilliyi toxunulmazdır. Bu məsələdə rəsmi Tehran hər zaman Suriyanı dəstəkləyəcək”.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək bəyan edib ki, Türkiyə heç nəyə baxmayaraq Suriyada məskən salan terror təşkilatlarını tamamilə məhv etməkdə qərarlıdır və bu istiqamətdə həyata keçirdiyi işləri davam etdirəcək. “Mən hesab edirəm ki, regionda terrora yer olmamalıdır” deyən Türkiyə Prezidenti bildirib ki, Suriyanın Tel Rifat və Münbiç vilayətləri terror yuvasına çevrilib. Rəcəb Tayyib Ərdoğan beynəlxalq terrora qarşı birgə mübarizənin aparılmasını təklif edib.

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, onun ölkəsinin silahlı qüvvələri Suriya hökumətinin dəvəti ilə bu ölkəyə gəlib və hazırkı dövlət başçısının legitimliyini tanıyır. Onun sözlərinə görə, Suriyada qanuni hökuməti devirib, onun yerində ələ baxan hakimiyyət qurmaq istəyində olanlar var və rəsmi Moskva bunun əleyhinədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: