Türkiyənin Manisa vilayətində yerləşən buğda tarlasında baş verən yanğın bölgədə əsən güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 19-u günorta saatlarından başlayaraq qısa zaman ərzində geniş əraziyə yayılan yanğının söndürülməsi istiqamətində işlər davam edir. Gün boyu 8 xüsusi təyyarə, 9 helikopter və 60-dan çox yanğınsöndürən texnika yanğına müdaxilə edib. Alovların müxtəlif istiqamətlərdə irəliləməsi söndürmə işlərini çətinləşdirir.
Ölkə üzrə daha bir meşə yanğını Muğlanın Milas rayonunda qeydə alınıb. Burada alovların qarşısını almaq mümkün olub.
Digər yanğın hadisəsi isə Türkiyənin Bursa vilayətində baş verib. Əkin sahələrində başlayan yanğına qısa zaman ərzində havadan və qurudan müdaxilə başladılıb. Nəticədə alovların qarşısını almaq mümkün olub.