NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 5 100-dən çox insan öldürülüb. Bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib. Onun sözlərinə görə, ölənlərdən 346-sı uşaqdır. BMT rəsmisi deyib ki, Ukraynada münaqişə başlayandan 11 800-dən çox mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O bildirib ki, BMT-nin Ukraynada insan haqları üzrə monitorinq missiyasının son hesabatında yayımlanan mülki itkilərin faktiki sayının daha çox olacağı ehtimal edilir.