Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada hərbi əməliyyatın coğrafi vəziyyətinin dəyişdiyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazir bunu Rusiyanın RİA Novosti agentliyinə müsahibəsində söyləyib. O deyib ki, indi artıq Donetsk və Luqansk deyil, digər ərazilər, o cümlədən Xerson və Zaporojets vilayətləri də nəzərdən keçirilir.
S.Lavrovun sözlərinə görə, Qərb Ukraynaya uzaqmənzillli silahlar verərsə, hərbi əməliyyatların coğrafi vəzifələri indiki xətdən daha irəli çəkiləcək.