İyulun 20-də İrəvan metrosunun bütün stansiyaları 20 dəqiqəlik bağlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İrəvan metropoliteninin mətbuat katibi Tatev Xaçatryan yerli mediaya müsahibəsində məlumatı təsdiqləyib.
O deyib: “Bomba həyəcanı ilə bağlı siqnal aldıq, təhlükəsizlik məqsədilə bütün sərnişinlər təxliyə edildi, hazırda bütün stansiyaların qapıları bağlıdır. Əlavə məlumat veriləcək”.
Qeyd edək ki, son zamanlar Ermənistanda, demək olar, hər gün müxtəlif yerlərdə bomba qoyulması ilə bağlı xəbərlər gəlir. Ən çox adı çəkilən məkan isə İrəvan hava limanıdır.