Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) ABŞ-ın “Vikipediya”nın daxil olduğu “Wikimedia Foundation” təşkilatına qarşı tədbirlər görəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xidmət axtarış sistemləri qarşısında “Wikimedia Foundation” təşkilatının Rusiya qanunlarını pozduğu barədə istifadəçilərə məlumat vermək öhdəliyi qoyub.
Roskomnadzorun mətbuat xidmətindən bildiriblər ki, “Vikipediya”da Ukraynada hərbi əməliyyatlar barədə sayılan qadağan edilmiş və saxta materiallar hələ də silinməyib. Xidmət həmin məlumatların silinməsinə vadar etmək üçün bu cür tədbirlərə əl atmaq məcburiyyətindədir.
Qeyd edək ki, Roskomnadzor bu ilin mayında “Wikimedia Foundation Inc” təşkilatı qarşısında Rusiyada öz nümayəndəliyini açmaq öhdəliyi də qoyub.