Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın Dohuk vilayətində mülki əhaliyə qarşı heç bir hücum həyata keçirilməyib. Bununla bağlı Türkiyəyə qarşı əsassız iddiaları qətiyyətlə rədd edirik. Türkiyənin hədəfi terrorçu qruplaşmalardır. Dünya ictimaiyyəti Türkiyənin heç vaxt mülki əhaliyə qarşı hücum etmədiyi yaxşı bilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT HABER” telekanalının canlı yayımında ifadə edib.
Xatırladaq ki, iyulun 20-də İraqın Dohuk vilayətinin Zaho rayonu ərazisində terror birliklərinin atəşi nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb. Hadisə barədə məlumat yayılandan ilk anlardan Türkiyə rəsmiləri bu qanlı hadisə ilə bağlı əsassız iddiaları qəti şəkildə rədd edib.
Mövlud Çavuşoğlu deyib ki, bu xain hücumun terror təşkilatları tərəfindən həyata keçirildiyi ehtimal olunur.