Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini iyulun 30-dək uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Rosaviasiya”nın məlumatında deyilir.
Qeyd edək ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın cənub və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.