Rusiya İdlibin qərbinə zərbələr endirib, ölənlər var - FOTOLAR
Rusiya Suriyanın İdlib şəhərinin qərbindəki yaşayış məntəqələrinə zərbələr endirib, ölənlər var.
NUHÇIXAN İnformasiya Agentliyi "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rusiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində 5-i uşaq olmaqla 7 mülki şəxs həlak olub.
Hücumda 13 nəfər yaralanıb ki, onlardan da 8-nin uşaq olduğu bildirilir.
Suriyanın “Ağ dəbilqə” kimi tanınan könüllülər qrupunun "Twitter" hesabında da hücumla bağlı paylaşım edilib.