İyulun 21-də İsveçin cənubunda rekord temperatur göstəriciləri qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi İsveç televiziyasına istinadla xəbər verir ki, Molilla şəhərində son 75 ilin ən yüksək temperaturu müşahidə edilib - 37,2 dərəcə. Həmçinin Qotland adasında havanın hərarəti 1901-ci ilin temperatur rekordunu yeniləyib. Krallığın cənubunda termometrlər 1992-ci ildən bəri ilk dəfə olaraq 35,3 dərəcəni göstərib.
İsveçdə havanın quraq keçməsi səbəbindən təbiət yanğınları təhlükəsi artıb. İyulun 20-də Uppsala şəhəri yaxınlığında patrul helikopteri meşə yanğını qeydə alıb. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi sayəsində yanğın söndürülüb.