Taxıl məsələsinə dair problemlərin aradan qaldırılması istiqamətində Birləşmiş Millətlər Təşkilatının Baş katibi, eləcə də Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə atılacaq imzalarla dünyaya xoş xəbəri verəcəyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident Ərdoğan qeyd edib ki, dünya pandemiya, qarşıdurmalar, iqlim dəyişikliyi, enerji və ərzaq böhranı ilə üzləşdiyi çətin bir dövr yaşayır. Türkiyə bu dövrün hər mərhələsində öz vətəndaşlarını ən yaxşı şəkildə qorudu. Bununla yanaşı, Türkiyə yeni qlobal idarəetmə və iqtisadi sisteminin aparıcı ölkələri sırasında olmaq məqsədinə doğru addım-addım irəliləməyə davam edir.