Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması ilə bağlı sazişin imzalanma mərasimi üçün İstanbula səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində rusiyalı nazirin Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşü olub.
İkitərəfli və regional müdafiə, eləcə də təhlükəsizlik məsələlərinin müzakirə edildiyi toplantıda nazir Akar bir daha Ukraynada təcili atəşkəsin zəruriliyini vurğulayıb.
Türkiyəli nazir rusiyalı həmkarına Ukrayna limanlarında gözləyən taxıl və ərzaq məhsullarının dəniz yolu vasitəsilə təhlükəsiz daşınması işinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib.