NATO-ya daxil olan 11 ölkənin hərbi dəniz qüvvələrinin iştirakı ilə Qara dənizdə “Briz 2022” adı altında hərbi təlimlər başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hərbi təlimlərdə 24 hərbi gəmi və yedəkçi kater, 1390 hərbçi iştirak edir.
Təlimlərə NATO komandanlığı ilə yanaşı, Türkiyə, ABŞ, Fransa Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa və Rumıniyanın hərbi-dəniz qüvvələrinin nümayəndələri cəlb olunublar.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra NATO-nun Qara dənizdə ilk hərbi təlimidir.