İranın Fars əyalətində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 21 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fars əyalətinin İstehban şəhərində baş vermiş sel və daşqın nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Eyni zamanda 89 nəfər xəsarət alıb, 79 nəfər xilas olunub, 15 avtomobil sudan çıxarılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Sel və daşqın kənd təsərrüfatına və bəzi evlərə ziyan vurub.