İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - FOTOLAR
İsveçin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona PKK/YPG terror təşkilatlarının fəaliyyəti ilə bağlı kəskin etiraz ifadə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyə tərəfi PKK/YPG terror təşkilatı tərəfdarlarının iyulun 21-də İsveçin Göteborg şəhərində həyata keçirdiyi aksiya ilə bağlı izahat istənilib. Rəsmi Ankara İsveçin səlahiyyətli tərəflərindən bu terror aksiyasının təşkilatçılarının aşkar edilməsi və onlara qarşı ədalətli və qanuni tədbir görülməsini tələb edir.
Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Türkiyədən asılıdır. Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 18-də açıqlamasında bildirib ki, şərtlərimiz yerinə yetirilmədiyi təqdirdə, prosesi donduracağımızı bir daha xatırladırıq. İsveçin sağlam mövqedə olmadığını görürük. Türkiyənin mövqeyi qətidir.