Yaponiyanın cənub-qərbində, Kyuşi adasındakı Sakurajima dağı yenidən püskürməyə başlayıb. Püskürmə nəticəsində vulkanik süxurlar kraterdən 2,5 km radiusda səpələnib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, ərazidə təhlükə səviyyəsi maksimuma yüksəlib.
Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumatda vulkan zonasında beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsinin olduğu bildirilir. Görüntülərdə Sakurajima kraterindən qalın tüstü çıxır. Püskürmənin nəticələri və tələfat barədə hələlik məlumat verilməyib.
Sakurajimadan 3 km məsafədə yerləşən və 11 nəfər əhalisi kənddə hazırda qismən evakuasiya işləri aparılır.
Qeyd edək ki, Sakurajima Yaponiyanın ən aktiv vulkanlarından biridir. Hündürlüyü təxminən 1,1 min metr olan dağda müntəzəm olaraq püskürmələr baş verir.