Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində işlər davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün də koordinasiya davam edir.