Aramsız yağan yağışlar İranın Fars əyalətində selə səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, güclü sel 21 nəfərin ölümünə səbəb olub, 2 nəfər isə itkin düşüb. Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam edir. Hadisə yerinə İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları gəlib. Onlar təbii fəlakətdən zərər çəkən insanlara yardım edirlər. Hökumət xilasediciləri lazım olan texnika ilə təmin edib.
Hökumət üzvlərindən ibarət işçi qrupu əyalətə dəyən ziyanı müəyyən edir.
İtkin düşənlərin axtarışı davam edir.