Türkiyənin Kütahya bölgəsində yerləşən Küreci və Samrık kəndlərinin arasındakı ərazidə, eləcə də Manisanın Seğirdim Çukuru istiqamətində güclü meşə yanğınları davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gecə saatlarından başlayan yanğının söndürülməsinə aviasiya vasitələri də cəlb olunub. İki meşə yanğınının söndürülməsinə ümumilikdə 11 təyyarə, 16 helikopter, 78 yanğınsöndürən avtomobil, 13 traktor və buldozer, çox sayda canlı qüvvə cəlb edilib.
Havaların isti keçməsi meşə yanğınları təhlükəsini artırıb. Riskləri azaltmaq üçün əhaliyə davamlı olaraq xəbərdarlıqlar edilir. Bəzi yerlərdə meşəlik ərazilərə giriş məhdudlaşdırılıb.