Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pençe-Yıldırım” antiterror əməliyyatı rayonunda xidmət edən türk hərbçiləri terrorçuların hücumuna məruz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nəticədə Remzi Nişan şəhid olub.
Milli müdafiə naziri Hulusi Akar mərhumun doğmalarına və Türkiyə xalqına başsağlığı ünvanlayıb. Allah rəhmət eləsin!