Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardıq və təbii ki, normallaşma prosesini də müzakirə etdik. Əvvəldən bizim kəskin mövqeyimiz Azərbaycanla bağlı olub. İndi ritorikadan kənar konkret addımlar gözləyirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “TRT Haber” telekanalının canlı yayımında qonaq olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə dair sualları cavablandırarkən deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Biz tam normallaşmanı hədəfləyirik. Hazırda Türkiyədə 100 mindən çox erməni yaşayır. Biz Azərbaycanla birlikdə Ermənistanla olan yaxınlaşmanı inkişaf etdiririk”.