Ukrayna İstanbulda imzalanmış sazişə uyğun olaraq Qara dəniz vasitəsilə taxıl ixracına başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Hər şeyi hazırlamışıq. Bizim tərəfdə dəhliz fəaliyyət göstərir, ona Ukrayna nəzarət edir və orada yoxlamalar yalnız ukraynalılar tərəfindən aparılacaq”, - o deyib.
Onun sözlərinə görə, Ukraynanın taxıl ixracının təhlükəsizliyini təmin etmək Türkiyə və BMT-nin üzərinə düşür və bununla bağlı müvafiq sazişlər imzalanıb: “Biz taxıl ixracı ilə bağlı müvafiq sənədlər imzaladığımız Türkiyə və BMT-yə güvənirik”.