Avropa İttifaqı (Aİ) ölkələri qaz istehlakını 15 faiz azaltmaq üzrə fövqəladə planı razılaşdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, DPA agentliyinin diplomatik mənbələrə istinadla yaydığı məlumata əsasən, yeni plan bu gün Aİ-nin energetika nazirlərinin Brüsseldə xüsusi görüşündə təsdiqlənəcək.
Avropa Komissiyasının təklif etdiyi planda üzv ölkələrin 2022-ci il avqustun 1-dən 2023-cü ilin marın 31-dək qaz istehsalını könüllü surətdə 15 faiz azaltması nəzərdə tutulur. Brüsseldə həmçinin Rusiya qazının tam kəsilməsi ssenarisini də mümkün hesab edir və Aİ-nin birliyini qorumaqla buna hazır olmağa çağırırlar.
Bir sıra ölkələr, o cümlədən İspaniya, Portuqaliya, Yunanıstan Avropa Komissiyasının təşəbbüsünü dəstəkləməyib.