Bu gün səhər saatlarında Türkiyənin Qaziantep şəhərində 4,3 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkan ətraf ərazilərdə, o cümlədən Kahramanmaraş şəhərində də hiss olunub.
Zəlzələnin fəsadlar törədib-törətmədiyi barədə hələlik məlumat yoxdur.