NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ordusunun 2 əsgəri Suriyada şəhid olub.
Məlumata görə, hadisə "Fərat Qalxanı" antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına bağsağlığı verib.