Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanın iqtisadi inkişafına birbaşa və ya dolayı yolla mənfi təsir göstərir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Buna görə də biz bu təhlükələri aradan qaldırmaq və mümkünsə neytrallaşdırmaq üçün qısamüddətli və aralıq həllər və mexanizmlər tapmağa çalışırıq”, - o əlavə edib.
Eyni zamanda Ermənistan xarici işlər naziri ümidvar olduğunu bildirib ki, bu prosesdə mütləq uğur əldə olunacaq.