NATO-nun hazırkı başçısı Yens Stoltenberq gələn ilin sentyabrında vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın Baş naziri postundan istefa verən Boris Conson alyansın növbəti baş katibi ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə çərşənbə günü "The Daily Telegraph" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, yaşlı torilər Boris Consonun NATO-nun Baş katibi qismində namizədliyini dəstəkləyir.
Qəzet qeyd edir ki, Consondan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, eləcə də Birləşmiş Krallığın keçmiş baş nazirləri Tereza Mey və Devid Kemeron bu rol üçün proqnozlaşdırılırdı.
ABŞ Avropa İttifaqının yeni ordusunun yaradılması barədə planlarını bəyan edən avropalı siyasətçilərə etimadsızlıq göstərir. Bu səbəbdən NATO-nun Baş katibi postuna çoxdandır ki, Britaniya nümayəndəsi təklif olunur.