Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumun təfərrüatları məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi "Milliyət"ə istinadən xəbər verir ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.
Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.