Türkiyənin Milli Müdafiə Nazirliyi İraq rəsmilərindən Türkiyənin Mosul şəhərindəki Baş Konsulluğuna hücuma görə məsuliyyət daşıyanları dərhal məsuliyyətə cəlb etməyi tələb edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.
"Biz İraq rəsmilərindən Türkiyənin Mosuldakı Baş Konsulluğuna edilən alçaq hücumda iştirak edənləri məsuliyyətə cəlb etmələrini gözləyirik", - deyə nazirliyin açıqlamasında deyilir.
"Bu hücum dinc əhaliyə və mülki hədəflərə kimin hücum etdiyini bir daha nümayiş etdirdi. Gec-tez hücumu həyata keçirən terrorçular da tutularaq digər terrorçular kimi məsuliyyətə cəlb olunacaqlar", - bəyanatda vurğulanıb.