Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini avqustun 11-dək uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Rosaviasiya”ya istinadən xəbər verir ki, təyyarələr Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın cənub və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.